Lukaşenko Ukraynanın suverenliyini dəstəklədiyini bəyan etdi
Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin Ukraynada münaqişənin tezliklə başa çatmasını dəstəklədiyini və Ukraynanın suveren dövlət kimi mövcudluğunu qorumasının vacib olduğunu bildirib.
Redaktor.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.
Lukaşenko toplantıda çıxış edərək deyib:
“Ukrayna suveren və müstəqil dövlət kimi mövcud olmalıdır. Biz istəyirik ki, müharibə dərhal dayandırılsın, əks halda bu müstəqil suveren dövlət itəcək”.
Nuriyyə NATİQQIZI













