Kreml Makronun “cəzalandırılma” hədəsinə cavab verdi

 15:49 14.10.2025     220

Kremlin mətbuat katibi Dmitri Peskov Fransanın prezidenti Emmanuel Makronun Moskvaya “inadkarlığa görə cavab verəcəkləri” ilə bağlı açıqlamasına münasibət bildirib.

Redaktor.az bu barədə TASS agentliyinə istinadla xəbər verir.

Peskov vurğulayıb ki, Rusiya tərəfi sülh yolu ilə nizamlanmaya hazırdır: “Hazırda alternativ olmadığı üçün Rusiya xüsusi hərbi əməliyyatı davam etdirir,” - deyə Kremlin sözçüsü qeyd edib.

O həmçinin bildirib ki, Moskva qarşıya qoyulan məqsədlərə nail olacaq və öz maraqlarını təmin edəcək.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən