Zaxarova Latviyanın rusiyalıları deportasiya etmək qərarını PİSLƏDİ

 21:26 14.10.2025     226

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Latviyanın rusiyalıları deportasiya etmək qərarını pisləyib.

Redaktor.az xəbər verir ki, TASS-a müsahibəsində Rusiya XİN sözçüsü Riqanın məlum qərarının yaşlılara və xəstələrə münasibətdə qeyri-humanist olduğunu söyləyib.

Diplomat vurğulayıb ki, rusiyalıların Latviyadan kütləvi deportasiyası təhlükəsindən danışmaq hələ tezdir.

Onun sözlərinə görə, Rusiyanın Riqadakı səfirliyi deportasiya ilə üzləşən həmvətənlərə maksimum yardım göstərməyə çalışır.

 

Vumart və Güvən reklamı Vumart Güvən