NATO müttəfiqləri Ukraynaya silah yardımı ilə bağlı bəyanat VERƏCƏK

 00:00 15.10.2025     178

ABŞ-nin müttəfiqləri 15 oktyabrda Ukraynaya silah alınması üçün vəsait ayrılması ilə bağlı mühüm bəyanatla çıxış etməyi planlaşdırır.

Redaktor.az "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uiteker bildirib.

Onun sözlərinə görə, Ukrayna əsasən Avropa tərəfdaşları tərəfindən maliyyələşdirilən PURL proqramı çərçivəsində ABŞ-dən silah almaq imkanına malikdir.

ABŞ rəsmisi əlavə edib ki, proqram “stabil və səmərəli şəkildə” fəaliyyət göstərir.

 

 

Vumart və Güvən reklamı Vumart Güvən