Müvəqqəti atəşkəs barədə razılığa gəldilər - VİDEO - YENİLƏNİB

 17:32 15.10.2025     519

Pakistan Silahlı Qüvvələri Əfqanıstanın paytaxtı Kabilə dörd zərbə endirib.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı Əfqanıstanın “Amaaj News” agentliyi yayıb. 

Bildirilib ki, zərbələr pilotsuz uçuş aparatları ilə endirilib. 

Dağıntı və tələfat barədə məlumat verilməyib. 

Xatırladaq ki, bu gün Əfqanıstan və Pakistan sərhədində döyüşlər başlayıb.

***

Əfqanıstan və Pakistan sərhədində yenidən döyüşlər başlayıb.

Redaktor.az “Tolo News”a istinadən xəbər verir ki, “Taliban” hərəkatının qüvvələri və pakistanlı sərhədçilər arasında qarşıdurma Pakistanla sərhəddə Nanqarhar vilayətində qeydə alınıb. 

Hər iki tərəfin ağır silahlardan istifadə etdiyi qeyd olunub. 

Xatırladaq ki, iki ölkə arasında gərginlik oktyabrın 9-da qeydə alınıb. Bu zaman Pakistanın “Taliban” hərəkatına yaxın “Tehrik-e Taliban Pakistan” hərəkatı Kurram sərhədyanı bölgəsində ölkənin hərbi konvoyuna hücum edib. Hadisə zamanı 9 pakistanlı hərbçi və 2 zabit öldürülüb. Tərəflər arasında sərhəddə ən son ciddi qarşıdurma oktyabrın 11-də baş vermişdi.

Vumart və Güvən reklamı Vumart Güvən