Kobaxidze ATƏT sədri ilə görüşdən imtina etdi - SƏBƏB

 10:56 15.10.2025     179

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonenlə planlaşdırılmış görüşü ləğv edib.

Redaktor.az xəbər verir ki, bunu Gürcüstan hökuməti bildirib.

"Qərar Elina Valtonenin qeyri-qanuni mitinqdə iştirakı və yalan bəyanatlar yayılması səbəbindən qəbul edilib", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, ötən gün Elina Valtonen Tbilisidə Gürcüstan parlamenti qarşısında etirazçılarla görüşüb.

Vumart və Güvən reklamı Vumart Güvən