"Rusiya bu ərazidən hərbi məqsədlə istifadə etməyə hazırlaşır" - Zelenski

 16:33 15.10.2025     217

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya Belarus ərazisindən hərbi məqsədlərlə istifadə etməyə hazırlaşır.

Redaktor.az xəbər verir ki, dövlət başçısı bu barədə Telegram kanalında paylaşım edib.

Zelenskinin sözlərinə görə, Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Oleq İvaşenko Rusiyanın Belarusda hərbi planları barədə məruzə təqdim edib. Prezident qeyd edib ki, Kiyev bu vəziyyətin təhlükə yarada biləcəyi Qərb ölkələrini xəbərdar edəcək, amma məlumatı ictimaiyyətə açıqlamayacaq.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən