Finlandiya Ukrayna üçün Amerika silahlarının alınmasına qoşulacaq

 16:39 15.10.2025     190

Finlandiya ABŞ-dən silah alınması və onların Ukraynaya təhvil verilməsini nəzərdə tutan “Ukraynanın Prioritet Ehtiyaclar Siyahısı” (PURL) proqramına qoşulacaq.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Antti Hakkyanen açıqlama verib.

“Biz bilirik ki, bu təşəbbüs Ukrayna üçün çox vacibdir. Bütün Avropa ölkələri bu proqramda iştirak etməlidir”, - deyə nazir bildirib.

Hakkyanen qeyd edib ki, Finlandiya bu məqsədlə müəyyən məbləğ ayırmağa hazırdır, lakin ayrılacaq vəsaitin dəqiq məbləği bir neçə həftə ərzində açıqlanacaq.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən