İsrail atəşkəs pozulacağı təqdirdə HƏMAS-a qarşı hərtərəfli plan hazırlayır
İsrailin müdafiə naziri İsrael Katz Baş Qərargah rəisi Eyal Zamir və yüksək rütbəli generallarla görüş keçirib.
Redaktor.az xəbər verir ki, Katz hərbçilərə HƏMAS-ın atəşkəs planından əl çəkəcəyi və hücumlara yenidən başlayacağı təqdirdə hərəkatı tamamilə məğlub etmək üçün plan hazırlamağı tapşırıb.
ABŞ Prezidenti Donald Trampın Qəzza planının Qəzzanın tərksilahını ehtiva etdiyini deyən Katz İsrailin də Qəzzada tunelləri məhv etmək üçün ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq qüvvə ilə birlikdə hərəkət edəcəyini deyib.
O bildirib ki, HƏMAS razılaşmanı yerinə yetirməkdən imtina edərsə, İsrail ABŞ-nin koordinasiyası ilə hücumları bərpa edəcək.













