Vaşinqton Yaponiyadan Rusiya neftini almağı dayandıracağını gözləyir
Vaşinqton Tokionun Rusiyadan neft almağı dayandırmasını gözləyir.
Redaktor.az xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent yaponiyalı həmkarı Katsunobu Kato ilə görüşü zamanı deyib.
"Nazir Kato ilə mən ABŞ-Yaponiya iqtisadi əlaqələri ilə bağlı mühüm məsələləri müzakirə etdik. Həmçinin administrasiyanın Yaponiyanın Rusiyadan enerji idxalını dayandıracağına dair gözləntilərini müzakirə etdik", - Bessent deyib.
Bessent əlavə edib ki, o, yaponiyalı həmkarı ilə investisiyaları da müzakirə edib.













