Finlandiya müdafiə naziri Rusiyadan gələn “NATO üçün təhdidlərdən” DANIŞDI
Finlandiyanın müdafiə naziri Antti Hakkanen bildirib ki, Rusiya guya “potensial aqressiyanın ikinci mərhələsinə” hazırlaşır və bununla da Avropa İttifaqının sərhədləri yaxınlığında təhlükə yaradır.
Redaktor.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Nazirin sözlərinə görə, Moskva silahlı qüvvələrini modernləşdirir və sərhədyanı ərazilərdə hərbi kontingentlərini artırır. “Rusiya həqiqətən də potensial aqressiyanın ikinci mərhələsi üçün hərbi səylərini gücləndirir. Ukraynada müharibənin bitməsindən sonra NATO üçün real təhdidlər mövcuddur”, – deyə Häkkanen vurğulayıb.
Nuriyyə NATİQQIZI













