Rafah sərhəd-keçid məntəqəsinin açılması üçün hazırlıq gedir

 13:03 16.10.2025     174

Qəzza və Misir arasında sərhəd-keçid məntəqəsinin açılması üçün hazırlıqlar gedir.

Redaktor.az xəbər verir ki, bunu İsrailin humanitar yardımların Qəzzaya çatıdırlmasına nəzarət edən hərbi qurumu “COGAT” bildirib.

Qurumun məlumatına görə, Rafah sərhəd-keçid məntəqəsi insanların azad gediş-gəlişi üçün açılacaq, lakin açılış tarixi hələlik açıqlanmayıb.

Qeyd edək ki, Rafah sərhəd-keçid məntəqəsi Qəzzaya humanitar yardımın daxil olması üçün həyati əhəmiyyət daşıyır.

Vumart və Güvən reklamı Vumart Güvən