“Yalnız Rusiya nüvə energetikasında tam zəncir üzrə kompetensiyalara malikdir” - Putin

 16:20 16.10.2025     196

Rusiya Prezidenti Vladimir Putin “Rusiya Enerji Həftəsi” beynəlxalq forumunun plenar iclasında çıxış edərək bildirib ki, nüvə energetikası sahəsində tam istehsal və idarəetmə zənciri üzrə bütün kompetensiyalara malik olan yeganə ölkə Rusiyadır. 

Redaktor.az bu barədə rus mediasına istinadla xəbər verir.

“Biz xaricdə obyektlər inşa edərkən təkcə tikinti aparmırıq, həm də tərəfdaşlarımızla birlikdə energetika sektorunun və ona yaxın sahələrin gələcəyini formalaşdırırıq”, – deyə Rusiya lideri vurğulayıb.

Putinin sözlərinə görə, hazırda dünyada kiçik ölçülü atom elektrik stansiyalarını yalnız Rusiya tikir.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən