Zelenski Trampla görüşmək üçün ABŞ-yə GETDİ

 23:48 16.10.2025     234

Ukrayna Prezidenti Volodimir Zelenskinin olduğu təyyarə Endryus Hərbi Hava Qüvvələri bazasına eniş edib.

Redaktor.az xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna" məlumat yayıb.

Oktyabrın 17-də Ağ Evdə iki lider arasında Rusiya-Ukrayna münaqişəsinin mümkün həlli yolları, Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsi, ABŞ-nin Kiyevə "Tomaqavk" raketlərinin mümkün çatdırılması məsələləri müzakirə olunacaq.

Bu gün Tramp rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb. O qeyd edib ki, görüşündə Zelenskiyə söhbətin nəticəsi barədə məlumat verəcək.

Vumart və Güvən reklamı Vumart Güvən