Tramp Səudiyyə Ərəbistanının "İbrahim razılaşmalarına" qoşulacağını ümid edir

 15:31 17.10.2025     187

ABŞ Prezidenti Donald Tramp ərəb ölkələri ilə İsrail arasında sülhü təmin edən “İbrahim razılaşmaları”nın böyüyəcəyini ehtimal edir.

Redaktor.az xəbər verir ki, ABŞ lideri “Fox Business Network”a müsahibəsində Səudiyyə Ərəbistanının da bu razılaşmalara qoşulacağını ümid etdiyini bildirib.

“Səudiyyə Ərəbistanı razılaşmalara qoşulsa, digərləri də qoşulacaq” Tramp qeyd edib.

Xatıraladaq ki, “İbrahim razılaşmaları” 202-ci ildə ABŞ-nin vasitəçiliyi ilə İsrail və bir neçə ərəb ölkəsi arasında imzalanmış sülh müqaviləsidir.

Vumart və Güvən reklamı Vumart Güvən