“ABŞ-nin Çinlə münasibətləri yaxşı olacaq, amma ədalətli razılaşma lazımdır” - Tramp
ABŞ Prezidenti Donald Tramp telekanalların birinə müsahibəsində bildirib ki, Vaşinqtonun Pekinlə münasibətləri yaxşı olacaq, lakin bunun üçün ədalətli ticarət razılaşması bağlanmalıdır.
Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
“Düşünürəm ki, bizim Çinlə münasibətlərimiz yaxşı olacaq, amma biz ədalətli bir razılaşma imzalamalıyıq”, — deyə Ağ Evin rəhbəri vurğulayıb.
Tramp həmçinin yaxın iki həftə ərzində Çin Xalq Respublikasının sədri Si Cinpinlə Cənubi Koreyada ayrıca görüş keçirəcəyini təsdiqləyib.
Nuriyyə NATİQQIZI













