1 ton yararsız ət aşkarlandı

 16:56 17.10.2025     241

Türkiyənin Şanlıurfa şəhərində aparılan reydlər zamanı təxminən 1 ton yararsız və istehlaka yararsız ət aşkarlanıb.

Redaktor.az bu barədə yerli mediya istinadla xəbər verir.

Yoxlama zamanı satışa çıxarılmaq üçün hazırlanmış təxminən 1 ton xarab olmuş ət müəyyən edilib. Aşkarlanan ətlər zibil poliqonuna aparılaraq məhv edilib.

Ət məhsullarının saxlandığı anbarlar möhürlənərək fəaliyyətləri dayandırılıb. Faktla bağlı müəssisə sahibləri barəsində qanuni tədbirlər görülüb.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən