103 yaşlı Nobel mükafatı laureatı vəfat ETDİ

 12:17 18.10.2025     241

Tanınmış fizik, Nobel mükafatı laureatı, Çin Elmlər Akademiyasının akademiki Yanq Çjenin 103 yaşında Pekində vəfat edib.

Redaktor.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Çjenin 1922-ci ildə Çinin Hefey şəhərində anadan olub, sonradan təhsilini və akademik tədqiqatlarını davam etdirmək üçün ABŞ-yə köçüb.

Yanq Çjenin və Robert Mills tərəfindən hazırlanmış Yanq-Mills nəzəriyyəsi 20-ci əsr fizikasının ən mühüm nailiyyətlərindən biri hesab olunur.

O, 1957-ci ildə fizika üzrə Nobel mükafatına layiq görülüb.

Vumart və Güvən reklamı Vumart Güvən