Rusiya yeni reallıqları qəbul etdi - Hakan Fidan

 23:30 18.10.2025     206

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan Rusiya və Suriya münasibətlərindən danışıb.

Redaktor.az xəbər verir ki, nazir Rusiya və Suriya prezidentlərinin görüşünü müsbət hadisə kimi dəyərləndirib:

“Rusiya və Suriya tərəfinin dialoqu vacibdir. Bu baxımdan Əhməd əl-Şaaranın yetkin siyasətçi kimi davranışı təqdirəlayiqdir. Əhməd əl-Şaara və onun dostları Rusiyaya qarşı radikal mövqe sərgiləmədi, masaya əyləşib danışıqlar apardılar. Şaaranın məsuliyyətli davrandığını düşünürəm və bu məsələdə Rusiyanın mövqeyini də təqdir edirəm”.

Vumart və Güvən reklamı Vumart Güvən