Qəzza üçün beynəlxalq hərbi kontingentə bu ölkə rəhbərlik EDƏCƏK

 00:00 19.10.2025     298

Qəzza zolağı üçün yaradılacaq beynəlxalq hərbi kontingentə Misirin rəhbərlik edəcəyi bildirilir.

Redaktor.az xəbər verir ki, bu barədə “The Guardian” öz mənbələrinə istinadən xəbər yayıb.

Mənbələrin məlumatına əsasən, Azərbaycan, Türkiyə və İndoneziya sabitləşdirmə korpusu tərkibində əhəmiyyətli sayda hərbçi ilə təmsil olunacaq.

Həmçinin qeyd olunur ki, ABŞ və Avropa ölkələri Qəzza üçün beynəlxalq kontingentin yaradılması və onun səlahiyyətlərini dəqiq müəyyən edən qətnamə layihəsini BMT Təhlükəsizlik Şurasında səsverməyə çıxarmağı planlaşdırır.

Vaşinqton isə kontingentin BMT mandatına malik olmasında israr edir.

Vumart və Güvən reklamı Vumart Güvən