Papanın motosikleti hərracda satıldı - FOTO

 11:25 19.10.2025     294

Papa XIV Leo-nun motosikleti Münhendə keçirilən hərracda 156 min avroya satılıb.

Redaktor.az xəbər verir ki, bu barədə “RM Sotheby's” məlumat yayıb.

Hərrac evinin saytında qeyd olunur ki, XIV Leo onu bu ilin sentyabrın 3-də xristian motosiklet qrupundan hədiyyə olaraq alıb. Pontifik motosikletin yanacaq çəninə imza atdı.

“Gəlir Madaqaskardakı uşaqlara kömək etmək məqsədi daşıyan Papanın rəhbərlik etdiyi “Missio Austria” xeyriyyə təşkilatına bağışlanacaq”, - “RM Sotheby's” əlavə edib.

 



Vumart və Güvən reklamı Vumart Güvən