''Zelenskinin ABŞ-yə sonuncu səfəri idi'' - Dubinski Dubinski

 12:57 19.10.2025     237

Ukrayna lideri Vladimir Zelenskinin Ağ Evə səfəri onun sonuncu səfəri kimi görünür.

Redaktor.az xəbər verir ki, bunu Ukrayna Ali Radasının müxalifətyönlü deputatı Aleksandr Dubinski bildirib.

"Ümumiyyətlə, bütün bunlar Zelenskinin Ağ Evə son səfərinə bənzəyir. Onu heç kim salamlamadı, heç kim yola salmadı. Hansısa qadın onu maşınına qədər müşayiət etdi", - Dubinski vurğulayıb.

Qeyd edək ki, ABŞ və Ukrayna prezidentləri arasında oktyabrın 17-də Ağ Evdə keçirilən görüşdə Tramp həmkarına ABŞ-ni Ukraynadakı münaqişəyə cəlb etmək istəmədiyini bəyan edib.

Vumart və Güvən reklamı Vumart Güvən