Ərdoğan Tufan Erhürmanı təbrik etdi

 22:32 19.10.2025     283

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Cumhuriyyətində keçirilən seçkilərin nəticələri ilə bağlı açıqlama yayıb.

Redaktor.az xəbər verir ki, Ərdoğan paylaşımda prezident seçilən Tufan Erhürmanı təbrik edib:

“Rəsmi olmayan nəticələrə görə Prezident seçilən Tufan Erhürmanı təbrik edirəm.
Kiprli qardaşlarımızın iradəsini sandıqlarda əks etdirən bu seçkinin ölkələrimiz və bölgəmiz üçün xeyirli olmasını arzulayıram.

Türkiyə olaraq, Şimali Kipr Türk Cümhuriyyətinin suverenlik hüquqlarını və maraqlarını Kipr türkü qardaşlarımızla birlikdə hər cür platformada müdafiə etməyə davam edəcəyik”.

Vumart və Güvən reklamı Vumart Güvən