Yaponiyada hakim partiya və əsas müxalifət partiyası koalisiya quracaq

 13:40 20.10.2025     192

Yaponiyada hakim Liberal Demokratlar Partiyası və əsas müxalifət partiyası olan “Nippon İşin” bu gün koalisiya ilə bağlı razılaşma imzalayacaqlar.

Redaktor.az bu barədə “Kyodo” xəbər agentliyinə istinadən xəbər verir.

Qeyd edək ki, koalisiyanın qurulması ilə hakim partiyanın sədri Sanae Takaiçinin Yaponiyanın ilk qadın Baş naziri olması demək olar ki, dəqiqləşir.

Müxalifət partiyası “Nippon İşin” onun Baş nazir olmasını dəstəkləyəcəyini bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən