Britaniya və Polşa təhlükəsizlik sazişi İMZALAYACAQ

 22:14 20.10.2025     259

Böyük Britaniya və Polşa digər məsələlərlə yanaşı, Rusiyanı çəkindirmək üçün tədbirləri də əhatə edən ikitərəfli təhlükəsizlik sazişi bağlamağa yaxındırlar.

Redaktor.az xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb.

Qəzetin məlumatına görə, Polşanın xarici işlər naziri Radoslav Sikorski Londonda britaniyalı həmkarı İvet Kuperlə görüşündə sazişin demək olar ki, hazır olduğunu açıqlayıb.

Saziş Rusiyanın qarşısını almaq üçün birgə tədbirləri, həmçinin insan alveri və qeyri-qanuni immiqrasiya ilə mübarizə üçün addımları əhatə edəcək.

Məlumatda atılacaq konkret addımlar açıqlanmayıb.

Vumart və Güvən reklamı Vumart Güvən