Yaponiya hökuməti istefa verdi - Yeni baş nazir seçiləcək

 09:10 21.10.2025     160

Yaponiyanın baş naziri Şiqeru İşibanın rəhbərlik etdiyi hökumət istefa verib.

Redaktor.az xəbər verir ki, bu  barədə "Kyodo" agentliyi məlumat dərc edib. 

Bildirilir ki, bu gün ölkə parlamentində yeni baş nazir seçkiləri keçiriləcək. Yaponiyanın hakim Liberal Demokratik Partiyası (LDP) müxalifətdəki Yaponiya Yeniləmə Partiyası ilə LDP lideri Sanae Takayçinin baş nazir seçilməsinə zəmanət verəcək koalisiya yaratmağa razılaşıb.

Vumart və Güvən reklamı Vumart Güvən