Ermənistanda hərbi xidmət müddəti azaldıldı

 12:33 21.10.2025     190

Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, yanvarın 1-dən hərbi xidmət müddəti iki il deyil, bir il yarım olacaq.

Redaktor.az xəbər verir ki, Paşinyan bu haqda feysbuk sosial şəbəkəsində yazıb:

“Müdafiə naziri parlamentdəki müzakirələr nəticəsində Ermənistanda hərbi xidmət müddətinin iki il deyil, 1,5 il müəyyən edilməsini təklif edən qanunvericilik təşəbbüsünü dövriyyəyə buraxmışdı.

İlkin olaraq bu reqlamentin 2026-cı ildən qüvvəyə minməsi nəzərdə tutulurdu.Yay çağırışından bu gün müdafiə naziri ilə, əvvəlki dövrdə isə deputatlarla müzakirə apardım və qərara gəldik ki, qanun daha tez, yəni 2026-cı il yanvarın 1-dən qüvvəyə minsin.

Başqa sözlə, 2026-cı il yanvarın 1-dən qış çağırışından Ermənistanda hərbi xidmət müddəti iki il deyil, bir il yarım olacaq”, - deyə hökumət rəhbəri bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən