“Putin Ukraynada Leninin prinsipləri ilə hərəkət edir” - Avropa KİV

 16:15 23.10.2025     277

Avropada bəzi nəşrlər hesab edirlər ki, Rusiya prezidenti Vladimir Putin Ukrayna məsələsində Vladimir Leninin prinsiplərini rəhbər tutur.

Redaktor.az xəbər verir ki, bu barədə İsveçrənin nüfuzlu "Neue Zürcher Zeitung" qəzeti yazıb. Qəzetin fikrincə, “bir əsrdən çox vaxt keçsə də, iki rus despotu Vladimir Lenin və Vladimir Putin arasında oxşarlıq qalmaqdadır”.

“Leninin prinsipi bu gün də Kreml rəhbərinin davranışlarını müəyyən edir: ‘Süngülərlə irəliləmək’ – Putin də bu qayda ilə hərəkət edir”, – deyə məqalədə vurğulanır.

Nəşrin müəllifləri həmçinin qeyd ediblər ki, Rusiya “tarixən daim ətrafını süngülərlə yoxlamaq ehtiyacı hiss edir”.

Məsələyə münasibət bildirən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə qeyd edib ki, Ukrayna münaqişəsinin həlli “mikrofon arxasında deyil, diplomatik vasitələrlə” aparılmalıdır.

“Bu, çətin və səliqəli bir prosesdir. Belə məsələləri nə sızmalarla, nə də informasiya manipulyasiyaları ilə həll etmək olar. Diplomatiya öz işini görməlidir”, – deyə Zaxarova bildirib.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən