Tramp Ər-Riyadın ilin sonuna kimi İsraillə əlaqələri normallaşdıracağını düşünür

 18:10 23.10.2025     338

ABŞ Prezidenti Donald Tramp bu ilin sonuna kimi Səudiyyə Ərəbistanının “İbrahim razılaşmaları”na qoşulacağını düşünür.

Redaktor.az xəbər verir ki, o, bu barədə “Time” jurnalına müsahibəsində danışıb.

“Düşünürəm ki, biz buna çox yaxınıq. Səudiyyə Ərəbistanı Kralına böyük hörmətim var, bildiyiniz kimi, bizim çox yaxşı münasibətimiz var. Hesab edirəm ki, Səudiyyə Ərəbistanı “İbrahim razılaşmaları”na gedən yola rəhbərlik edəcək. Bu böyük məsələdir. Bayden bu razılaşmaları çətinləşdirməkdən başqa bir iş görməyib. Bilirsiniz möhtəşəm nüans nədir? Razılaşmalarda 4 ölkə var və onların heç biri bu razılaşmaları tərk etməyib”, - Tramp vurğulayıb.

ABŞ lideri 6 ay ərzində “İbrahim razılaşmaları”na digər Ərəb ölkələrinin də qoşula biləcəyini qeyd edib.

Vumart və Güvən reklamı Vumart Güvən