ABŞ-də hərbi təyyarə qəzaya uğradı

 08:42 24.10.2025     292

Göyərtəsində iki nəfər olan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus OA-1K “Skyraider II” təyyarəsi cümə axşamı günortadan sonra qəzaya uğrayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Oklahoma Milli Qvardiyası məlumat yayıb.

“Təyyarənin göyərtəsində iki heyət üzvü; biri mülki podratçı, digəri isə ABŞ Hərbi Hava Qüvvələrinin heyət nəfəri olub", - deyə açıqlamada bildirilir.

Hadisə baş verən zaman təyyarə təlim missiyasında olub.

Xəsarət alan olmayıb.

Vumart və Güvən reklamı Vumart Güvən