Zelenski Britaniya Kralı ilə görüşdü

 14:57 24.10.2025     317

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniya Kralı III Çarlz ilə görüşüb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısının mətbuat katibi Serqey Nikiforov bildirib.

Görüş Vindsorda keçirilib.

Bu, Zelenski ilə Kralın bu il ərzində üçüncü görüşüdür.

Qeyd edək ki, Zelenski Böyük Britaniyaya “İstəklilər Koalisiyası”nın görüşündə iştirak etmək üçün səfər edib.

Vumart və Güvən reklamı Vumart Güvən