Putinin nümayəndəsi ABŞ prezidentinin xüsusi elçisi ilə görüşəcək

 16:32 24.10.2025     286

Rusiya Birbaşa İnvestisiyalar Fondunun (RFPI) rəhbəri və Rusiya prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyev ABŞ-yə səfəri çərçivəsində ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoffla görüşəcək.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı Amerikanın "Axios" portalının jurnalisti Barak Ravid özünün X sosial şəbəkəsindəki səhifəsində paylaşıb.

Məlumata görə, “Ağ Evin elçisi Stiv Uitkoff şənbə günü ABŞ-yə gələn Putinin nümayəndəsi Dmitriyevlə görüşəcək”.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən