Çin sahillərində gəmilər toqquşdu - 2 nəfər itkin düşdü

 17:57 26.10.2025     256

Çinin cənubundakı Quandun əyalətinin sahillərində yük və konteyner gəmilərinin toqquşması nəticəsində iki nəfər itkin düşüb.

Redaktor.az-ın xəbərinə görə, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə şənbədən bazar gününə keçən gecə Çjuçzyan çayının mənsəbində baş verib. Nəticədə yük gəmisi batıb və 15 heyət üzvündən ikisi itkin düşüb. Hakimiyyət orqanları axtarış-xilasetmə əməliyyatına başlayıb.

Hadisənin səbəbi araşdırılır.

Vumart və Güvən reklamı Vumart Güvən