Filippində vulkan partlayışı olub, 2 kilometr hündürlüyə qədər kül püskürdü

 20:34 26.10.2025     271

Filippində Kanlaon vulkanında partlayış baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə Filippin Vulkanologiya və Seysmologiya İnstitutu (Phivolcs) məlumat yayıb.

Partlayış 3 dəqiqə davam edib, vulkandan təxminən 2 kilometr hündürlüyə qədər kül püskürüb.

Bildirilib ki, vulkan hazırda əhalidə artan narahatlıq və təşvişə işarə edən ikinci xəbərdarlıq səviyyəsindədir.

Hakimiyyət orqanları bölgə sakinlərinə qapı və pəncərələrini bağlı saxlamağı, həmçinin açıq yerləri nəm dəsmal və ya parçayla örtməyi tövsiyə edib.

Vumart və Güvən reklamı Vumart Güvən