XX əsrin ən gözəl oğlanı vəfat ETDİ

 09:28 27.10.2025     238

İsveçli aktyor və musiqiçi Byorn Andresen vəfat edib.

Redaktor.az xəbər verir ki, bu barədə "Dagens Nyheter" qəzeti məlumat yayıb.

Qeyd olunub ki, 70 yaşlı aktyorun ölüm səbəbi açıqlanmayıb.

O, İtaliyanın "Venesiyada ölüm" filmində baş rolu oynadıqdan sonra beynəlxalq şöhrət qazanıb. Filmin rejissoru Luçino Viskonti onu "XX əsrin ən gözəl oğlanı" kimi xarakterizə edib.

2021-ci ildə Andresen eyni adlı sənədli filmdə mərkəzi fiqur olub.

Vumart və Güvən reklamı Vumart Güvən