Britaniya Baş naziri Türkiyədə SƏFƏRDƏDİR

 19:20 27.10.2025     357

Böyük Britaniya Baş naziri Keir Starmer Türkiyədə səfərdədir.

Redaktor.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Britaniya liderini rəsmi mərasimlə qarşılayıb.

Görüş zamanı Türkiyə-Böyük Britaniya münasibətləri, Rusiya-Ukrayna müharibəsi, Qəzzanın bərpası və “Eurofighter” döyüş təyyarələrinin alınması məsələləri əsas müzakirə mövzuları olacaq.

Görüşdən sonra birgə mətbuat konfransının keçirilməsi planlaşdırılır.

Vumart və Güvən reklamı Vumart Güvən