TikTok-un yaradıcısı oyun platforması HAZIRLAYIR

 19:47 27.10.2025     317

Çin mətbuatı ByteDance şirkətinin yayımladığı iş elanlarına diqqət yetirib. Bu elanlar, GameTop adlı bir oyun bazarının inkişaf etdirildiyini göstərir.

Redaktor.az xəbər verir ki, bu barədə TechNode nəşri məlumat yayıb.

Görünür, bu platforma beynəlxalq auditoriyaya yönələcək. İş elanlarında istifadəçilər üçün səviyyə sistemi tətbiq edilməsi, mükafatların verilməsi və "sosial mərkəz" yaradılması planlaşdırıldığı qeyd olunur. Bundan əlavə, platformada inkişaf etdiricilər üçün alətlər və istifadəçilər üçün məzmun yaradılması üçün imkanlar olacaq.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən