Mirzoyana dəyən yumruğun cəzası kəsildi - 5,6 il həbs

 18:47 29.10.2025     338

Kütləvi ixtişaşlar zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı döyməkdə təqsirləndirilən Torqom Asatryan 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Redaktor.az xəbər verir ki, bu barədə erməni KİV yazıb. 

İttiham tərəfi onun üçün maksimum cəza - 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Torqom Asatryan günahını etiraf etməyib. O, 2023-cü ilin fevralından həbsdədir.

Vumart və Güvən reklamı Vumart Güvən