Paşinyan Fransada Makronla görüşdü
Ermənistanın Baş naziri Nikol Paşinyan Yelisey Sarayında Fransa Prezidenti Emmanuel Makronla görüşüb.
Redaktor.az "Armenpress"ə istinadla xəbər verir ki, görüş Paşinyanın Fransaya işgüzar səfəri çərçivəsində baş tutub.
Qeyd edək ki, səfər çərçivəsində N.Paşinyan 8-ci Paris Sülh Konfransında iştirak edib.













