İran “Telegram”ın fəaliyyətinin bərpası üçün danışıqlara BAŞLADI

 22:22 30.10.2025     251

İranın İnformasiya və Kommunikasiya Texnologiyaları Nazirliyi bir neçə messencerin, o cümlədən Telegramın sahibləri ilə bu platformaların ölkə ərazisində fəaliyyətinin bərpası məqsədilə danışıqlara başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Mehr agentliyi məlumat yayıb.

Məlumata görə, İran tərəfinin irəli sürdüyü bəzi şərtlər yerinə yetirildiyi təqdirdə, İslam Respublikası bu messencerlərə qoyulmuş bloklamanı aradan qaldıra bilər.

Agentlik bildirir ki, altı əsas tələb 2025-ci ilin qışında qəbul edilmiş Virtual Məkan üzrə Ali Şuranın qətnaməsində qeyd olunub.

 

 

 

Vumart və Güvən reklamı Vumart Güvən