ABŞ 2026-cı ildə qəbul ediləcək qaçqınların sayını azaldıb

 11:15 31.10.2025     229

ABŞ administrasiyası 2026-cı ildə ölkəyə qəbul ediləcək qaçqınların sayını 7 500 nəfərlə məhdudlaşdıracağını açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə qərar ABŞ-nin rəsmi qəzetində dərc olunaraq ictimaiyyətə təqdim edilib.

Məlumata görə, keçmiş prezident Co Baydenin dövründə illik 125 min nəfər olan qaçqın qəbul kvotası, 2026 maliyyə ili üçün cəmi 7 500 nəfər səviyyəsində müəyyən edilib.

Rəsmi açıqlamada qeyd olunur ki, bu qərar “insani səbəblər” və “milli maraqlara uyğunluq” əsasında verilib.

ABŞ mediası iddia edib ki, qəbul ediləcək qaçqınların böyük hissəsi Cənubi Afrikadan olacaq, digər ölkələrdən isə çox az sayda insanın ölkəyə buraxılması planlaşdırılır.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən