Türkiyədə motosiklet tanınmış aktyoru vurub öldürdü

 13:52 01.11.2025     347

Türkiyənin tanınmış aktyoru Engin Çağlar İstanbulda yol qəzasında həlak olub.

Redaktor.az NTV-yə istinadən xəbər verir ki, dünən Şişlidə yolu keçərkən 85 yaşlı aktyoru motosiklet vurub. 

Engin Çağlar xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, aktyorun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Engin Çağlar çox sayda filmdə rol alıb.

Vumart və Güvən reklamı Vumart Güvən