Qırğızıstanda məktəbdə 58 nəfər şaurmadan zəhərləndi

 14:00 01.11.2025     268

Qırğızıstanda özəl məktəbdə 58 nəfər şaurmadan zəhərlənib.

Redaktor.az xəbər verir ki, bu barədə “Sputnik Kyrgyzstan” məlumat yayıb. 

Zəhərlənənlərdən 54-i uşaqdır.

Məlumata görə, onlar qusma, ishal və qarın ağrılarından şikayət ediblər. Hadisə günü bütün zərərçəkənlər məktəbin yeməkxanasında şaurma yeyiblər. 

Məktəbdə hazırda yoxlama aparılır və hadisənin səbəbləri araşdırılır.

Vumart və Güvən reklamı Vumart Güvən