Bir ildə Türkiyədən Suriyaya qayıdanların sayı AÇIQLANDI

 20:33 01.11.2025     277

Suriyada Bəşər Əsəd rejimi devrildən sonra Türkiyədən ölkəsinə könüllü qayıdan suriyalıların sayı açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X"də yazıb.

O bildirib ki, 2024-cü il dekabrın 8-də Suriyada Bəşər Əsəd hakimiyyəti devrildikdən sonra 550 min suriyalı Tükiyədən ölkəsinə qayıdıb.

Nazir, həmçinin qeyd edib ki, 2016-cı ildən bəri 1 milyon 290 min suriyalı ölkəsinə geri dönüb.

Vumart və Güvən reklamı Vumart Güvən