Kamçatkada 6,2 bal gücündə zəlzələ baş VERDİ

 12:55 03.11.2025     202

Kamçatkada 6,2 bal gücündə zəlzələ baş verib.

Redaktor.az xəbər verir ki, zəlzələ Moskva vaxtı ilə saat 10:10-da, Petropavlovsk-Kamçatskidən 154 km məsafədə baş verib.

Zəlzələnin episentri 22,3 km dərinlikdə yerləşib. Regionun paytaxtda zəlzələnin intensivliyi Rixter şkalası üzrə 3,0 bal olaraq qiymətləndirilib.

Moskva vaxtı ilə saat 10:19-da daha bir zəlzələ baş verib, bu dəfə 5 bal gücündə olub. Zəlzələ Petropavlovsk-Kamçatskidən 149 km məsafədə, 21,4 km dərinlikdə qeydə alınıb.

Vumart və Güvən reklamı Vumart Güvən