“Ukraynanın maliyyələşdirilməsi Macarıstanın işi deyil" - Viktor Orban
Macarıstanın Baş naziri Viktor Orban bəyan edib ki, ölkəsinin Ukraynanı maliyyələşdirmək üçün heç bir əsası yoxdur.
Redaktor.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Ukraynanın maliyyələşdirilməsi Macarıstanın işi deyil. Bizim bunun üçün heç bir səbəbimiz yoxdur - nə siyasi, nə iqtisadi, nə də mənəvi”, - deyə siyasətçi vurğulayıb.
Aytəkin TOFİQQIZI













