Rusiyada güclü yanğın nəticəsində 7 nəfər həlak olub

 09:00 05.11.2025     212

Rusiyanın Surqut şəhərində baş verən yanğında dördü uşaq olmaqla yeddi nəfər həlak olub. 

Redaktor.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə zamanı bir nəfər də yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Yanğın “Pribrejnı-1” bağçılıq icmasındakı ikimərtəbəli evdə baş verib və 73 kvadratmetr sahəni əhatə edib. 

Yanğınsöndürənlər gələnə qədər dam örtüyünün artıq uçduğu bildirilir. 

Yanğının səbəbləri araşdırılır.

Vumart və Güvən reklamı Vumart Güvən