İsrail 15 fələstinlinin meyitini Qəzza xəstəxanalarına təhvil verdi

 14:12 05.11.2025     236

İsrail 15 fələstinlinin meyitini Qəzza xəstəxanalarına təhvil verib.

Redaktor.az “Al Arabiyya” kanalına istinadən xəbər verir ki, bununla da təhvil verilən fələstinli meyitlərin sayı 285-ə çatıb.

Qeyd edək ki, dünən daha bir israilli girovun meyiti HƏMAS tərəfindən İsrailə qaytarılıb.

HƏMAS ümumilikdə 21 israilli girovun meyitini İsrailə təhvil verib.

İsrail və sözügedən silahlı qruplaşma arasında oktyabrın 10-dan etibarən atəşkəs elan olunub və insidentlərə baxmayaraq hələ də qüvvədədir.

Vumart və Güvən reklamı Vumart Güvən