Çexiya hökuməti istefa verdi

 16:35 06.11.2025     321

Çexiya Respublikasının Baş naziri Petr Fialanın hökuməti istefa qərarı qəbul edib. 

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Baş nazirin sözlərinə görə, o, noyabrın 6-da istefa ərizəsini prezident Petr Pavelə təqdim edəcək.

Çexiya Konstitusiyasına əsasən, hökumət yeni seçilmiş Deputatlar Palatasının (parlamentin aşağı palatası) ilk iclasından sonra istefa verməlidir. Qanunvericiliyə görə, prezident hazırkı kabinetə yeni hökumət formalaşanadək səlahiyyətlərini icra etməyi tapşıracaq. Yeni hökumətin isə ən geci gələn ayın ortalarınadək fəaliyyətə başlaması gözlənilir.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən