Onlara çoxgirişli vizaların verilməsi qadağan EDİLDİ

 09:40 08.11.2025     282

Rusiya vətəndaşlarına bundan sonra Şengen zonasına çoxgirişli viza verilməyəcək.

Redaktor.az-ın məlumatına görə, bu barədə Avropa Komissiyası açıqlama yayıb.

Yeni qaydalara əsasən, rusiyalılar Avropa İttifaqı ölkələrinə hər səfər zamanı yenidən viza müraciəti etməli olacaqlar.

Qərarın məqsədi müraciət edən şəxslərin daha ətraflı yoxlanılmasını təmin etmək və Avropa İttifaqı ölkələrinin təhlükəsizliyinə potensial riskləri minimuma endirməkdir.

Vumart və Güvən reklamı Vumart Güvən